"Din və ədəbiyyat" mövzusunda elmi seminar (foto) PDF Print E-mailiniz
Cümə axşamı, 28 May 2009 21:35

 
 
29 apreldə Müqəddəs Qum şəhəri Beynəlxalq Mustafa Universitetində “Din və ədəbiyyat” mövzusunda elmi seminar keçirilib. Bu universitetdə təhsil alan azərbaycanlı və gürcüstanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə İslam dinin ədəbiyyata baxışı, dilin və ədəbiyyatın İslamın təbliğində rolu və bir vətəndaş kimi hər bir şəxsin öz doğma dilini mükəmməl bilməsinin, ədəbiyyatı ilə tanış olmasının zərüriliyindən söz açılıb. “İslam Məktəbi” elmi-mədəni birliyinin elm və maarif bölməsinin təşkilatçılığı ilə hazırlanan tədbir universitetin tələbəsi və uyğun bölmənin sədri Niyaməddin Babayevin aparıcılığı ilə başlayıb, az sonra Araz Sadıqovun ifasında müqəddəs Quran tilavəti dinlənilib. Tədbir həzrət Zeynəbin (s) təvəllüdü gecəsinə təsadüf etdiyindən, universitet tələbələrinin “Kərbəla eşqi” ilahi nəğmələr qrupunun fəalları Səməndər Xankişiyev, Araz Sadıqov və Hüseyn Mehdiyev bu böyük xanıma həsr etdikləri yeni bir nəğməni təqdim etmişlər.
Bundan sonra aparıcı Niyaməddin Babayev Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrin dil və ədəbiyyat sahəsindəki fəaliyyətləri, indiyədək təsis olunan jurnal və saytlar haqqında məlumat verdi. O, qələm sahəsindəki hər növ fəaliyyətin həm də praktiki dərs olduğunu önə çəkdikdən sonra sözü tədbirin xüsusi qonağı, onlarla kitab tərcüməçisi, yazıçı-şair hacı Arzu Eyvazova verdi. Natiq Azərbaycan ədəbiyyatının zənginliyi, bu dilin gözəlliyindən söz açdı. O, din xadimlərinn cəmiyyətlə üsnsiyyət qurması, ona müsbət mənada təsir göstərə bilməsi üçün dilin əsas faktor olduğunu xatırladaraq, dini tələbələrin ona böyük əhəmiyyətlə yanaşmasının lazım olduğunu vurğuladı. Natiq son zamanlar bəzi mətbu orqanlarında dinə qarşı yazılan məqalələrin çoxalmasından danışıb, dini tələbələrin bu yönümdə daha geniş fəaliyyətə başlamasını zəruri saydı.
 
 

Hacı Arzunun çıxışından sonra tələbələr dillə bağlı mövcüd boşluğun aradan qaldırılması barədə fikirlərini bölüşdülər. Tələbələrdən Vüsal Hüseynzadə, Fariz Rəcəbov, Anar və digərləri uyğun mövzuda qoyulan üç əsas məsələyə - "Dini tələbələrin Azərbaycan dili və ədəbiyyatına nə kimi ehtiyacı var?", "Bu baxımdan tələbələrin hazırkı durumu qənaətbəxşdirmi?" və "Uyğun problemin həlli üçün konkret olaraq hansı addımlar atılmalıdır?" suallarına münasibət bildirdilər. Çıxış edənlər qələmin inkişaf etdirilməsi üçün Azərbaycan dili kurslarının qoyulmasını, eləcə də fərdi surətdə bədii ədəbiyyat oxunmasını lazım bildilər.
 
 
 
 
 
 
Hazırladı: Emil Kələyev
 
 
 
 
 
 

Baxış sayı: 555
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Təqvim

Uyğun yazılar

Bizim banner

Kataloq